Image

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.Bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

A.Ələkbərov paylaşımında M.Adıgözəlzadəyə tezliklə sağalmasını arzulayıb və onun sənət fəaliyyətinə qayıdacağına inamını ifadə edib.

O, həmçinin sənətçilərə göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlığını bildirib.

"Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik", – deyə paylaşımda qeyd olunub.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq