Image

MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, avqustun 28-31-də keçirilən vakansiya seçimi mərhələsində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə işləmək hüququ əldə edib.

MÜTDA-nın məlumatına görə, uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək tələb olunan sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənədin və əlavəsinin surəti, əmək kitabçasının əsli (olduğu halda), 3x4 formatında dörd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi və şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış tələb olunur.

Agentlik qeyd edib ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiqlənmiş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.

Namizədlərə sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq edildiyini yoxlamaq tövsiyə olunub.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq