İranda neft tanker partlayıb, on nəfər ölüb
İranın Sənəndəc şəhərində yanacaq tankerinin partlaması nəticəsində 10 nəfər həlak olub.Bu barədə IRIB xəbər verir.
Hadisə Sənəndəc-Həmədan yolunda baş verən yol-nəqliyyat hadisəsindən sonra qeydə alınıb.
Hazırda ərazidə xilasetmə və yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi davam edir.
Mənbə: anews.az