Putin Uitkoff və Kuşnerlə görüşüb - Yenilənib
Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə Ukrayna müharibəsinə son qoyulması ilə bağlı danışıqlar aparır.Bu barədə Rusiya mətbuatı xəbər verir.
Görüşdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edir.
***
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşneri daşıyan təyyarə Moskvaya çatıb.
“İnterfaks” aviasiya xidmətlərindəki mənbəyə istinadən xəbər verir ki, təyyarə Moskvanın “Vnukovo” hava limanına enib.
Məlumata görə, ABŞ nümayəndələri Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya gediblər.
Tramp daha əvvəl Uitkoff və Kuşnerin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məqsədilə yeni sülh təklifi ilə Moskvaya və Kiyevə səfər edəcəyini açıqlamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələrinin Moskva səfərindən sonra sentyabrın 6-da Kiyevə gedəcəyini bildirib.
Mənbə: anews.az