Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayon yolunda qeydə alınıb.
"Ford" və "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə 64 yaşlı Seymur Kərimov və onun qızı, 30 yaşlı Aytən Muradova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, S. Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az