Image

İsrail Livanda əməliyyatları davam etdirir - 27 ölü, 69 yaralı var

İsrailin Livanın cənubunda son 3 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ümumilikdə 27 nəfər ölüb, 69-u yaralanıb.Bu barədə Livanın Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, sentyabrın 7-də həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 12 nəfər ölüb, 10-u yaralanıb. Nazirlik ölən və yaralananların sayının arta biləcəyini istisna etməyib.

İsrail tərəfi isə Livanın cənubunda mövqe tutan Hizbullah qüvvələrinə qarşı əməliyyatların keçirildiyini bildirir.

Mənbə: anews.az

Xəbər lenti