Image

“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada saxlanılıb

“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada hava limanında saxlanılıb.Bu barədə “CM Jornal” məlumat yayıb.

Məlumata görə, 95 yaşlı britaniyalı iş adamı şəxsi təyyarəsi ilə hava limanına gəlib. Polis əməkdaşları yoxlama zamanı onun baqajında ov tüfəngi aşkarlayıblar və Ekklstoun saxlanılıb.

Onun məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı, yaxud həbs edilmədən barəsində ittiham irəli sürüləcəyi hələlik məlum deyil.

Ekklstoun 1974–2017-ci illərdə “Formula 1”ə rəhbərlik edib.

Mənbə: anews.az

Xəbər lenti