Əhalinin yanacaq xərcləri bu il artıb
2026-ci ilin yanvar-avqust yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 701,1mln. manat xərclənib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə qeydə alınan göstərici 2025-ci ilin müvafiq dövrünün göstəricisini 4,3% üstələyib.
Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Mənbə: anews.az