Image

Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb

2026-cı ilin birinci yarısında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 223 nəfər təşkil edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə təbii artım 4 nəfər və yaxud 1,83% artıb.

Son üç ildə soydaşlarımız arasında doğum səviyyəsində azalma müşahibə olunur. Bu ilin ilk yarısında Kvemo Kartlidə 1 982 doğum qeydə alınıb, bu isə 2025-ci ilin eyni göstəricisindən 19 nəfər, 2024-cü ilin eyni göstəricisindən isə 192 nəfər azdır.

Bölgədə nikahların sayı 1 302, boşanmaların sayı isə 674 təşkil edib.

Hesabat dövründə ümumilikdə Gürcüstan üzrə təbii artım azalaraq mənfi 4 715 nəfər təşkil edib. Müsbət təbii artım Tbilisidə (424 nəfər) və Acarıstanda (330 nəfər) qeydə alınıb. Qonşu ölkə üzrə nikahların sayı 10 006, boşanmaların sayı isə 6 095 olub.

Mənbə: anews.az

Xəbər lenti