Image

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-dan qayıtdıqdan sonra dövlət başçısı vəzifəsindən istefa verəcək.

O, bunun 25 və ya 26 sentyabrda baş verəcəyini bildirib.

“Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa ərizəmi təqdim edəcəyəm”, - Vuçiç mətbuat konfransında N1 televiziyasının sualına cavab olaraq deyib.

Vuçiç bundan əvvəl oktyabrın 25-nə parlamentə növbədənkənar seçkilər təyin edib. O, hakim partiyanın siyahısına rəhbərlik edəcək və Baş nazirliyə namizəd olacaq.

Mənbə: anews.az

Xəbər lenti