Image

Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda üç küçədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudiyyət Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrində tətbiq olunur.

AAYDA bildirib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmək və təmir aparılan ərazilərdə diqqətli olmaq tövsiyə edilib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq