Image

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar sentyabrın 14-də saat 06:00-dan etibarən Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir işləri zamanı ərazidə nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq