Image

Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA

Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 14:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq