Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri və “Vahid Milli Hərəkat” müxalifət partiyasının liderlərindən biri Giorgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib.Bu barədə Gürcüstan KİV xəbər verir.
Qərar sentyabrın 12-də keçirilən məhkəmə iclasında qəbul olunub.
Baramidze sentyabrın 11-də öz evində saxlanılıb. Gürcüstan Baş Prokurorluğu ona dövlətə xəyanət və sabotaj ittihamları irəli sürüb.
Məhkəmə prokurorluğun vəsatətini təmin edib. Qərarı hakim Eka Barbakadze qəbul edib.
Mənbə: anews.az