Image

Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb

Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Filippin mediası xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir.

Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Yanğın nəticəsində 43 nəfərin sağ qaldığı bildirilir.

Bərədə yanğın sentyabrın 9-u axşam saatlarında baş verib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq