Image

Nəqliyyat xidmətləri üzrə profisit 941 milyon dollara çatıb

Nəqliyyat xidmətləri üzrə profisit 10%-ə yaxın artaraq 941 milyon dollara çatıb. Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, profisitin formalaşmasına Orta Dəhlizlə yanaşı, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələri çərçivəsində qeyri-rezidentlərə göstərilən xidmətlər, o cümlədən tarif gəlirləri təsir edib.

Nəsirov qeyd edib ki, turizm xidmətləri balansında da profisit yaranıb. Hesabat dövründə bu sahə üzrə profisit 280 milyon dollar təşkil edib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti