Image

Azərbaycan və Türkiyə Yaxın Şərqdə eskalasiya risklərini müzakirə edib - Bayramov

Azərbaycan və Türkiyə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və münaqişənin genişlənməsi risklərini müzakirə edib. Bunu zərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfrasında bildirib.

“Yaxın Şərqdə növbəti eskalasiya və münaqişənin genişlənməsi riskləri var. Türkiyə və Azərbaycanın əlaqələndirilmiş şəkildə ata biləcəyi mümkün addımlar barədə fikir mübadiləsi apardıq”, - Bayramov türkiyəli həmkarı ilə danışıqlarının yekunlarına dair açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər mövcud problemlərin siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti