Image

ADY: yanvar-avqustda yükdaşımalar 9% artıb

 

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 12 milyon tondan çox yük daşıyıb.

ADY-nin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

Hesabat dövründə tranzit daşımalarının həcmi 5 milyon tona çatıb ki, bu da illik müqayisədə 12% artım deməkdir.

Tranzit yükdaşımalarında Şərq-Qərb dəhlizi üzrə 17%, Şimal-Cənub istiqaməti üzrə isə 24% artım qeydə alınıb.

Bundan əlavə, avqust ayında ümumi yükdaşıma həcmi illik müqayisədə 32%, tranzit daşımalarının həcmi isə 40% artıb.

Mənbə: anews.az

Xəbər lenti