Image

Xırdalanda qumbara partlayışı nəticəsində 19 yaşlı qız ölüb

 

Xırdalan şəhərində fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız həlak olub.

Bu barədə Baş Prokurorluqdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Bildirilib ki, hadisə sentyabrın 14-də baş verib. Partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və hazırda ibtidai istintaq aparılır.

Mənbə: anews.az

Xəbər lenti