Image

Azərbaycan və Belarus müdafiə nazirləri Pekində görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çində keçirilən 13-cü Pekin Syanşan Forumu çərçivəsində Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninlə görüşüb.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mənbə: anews.az

Xəbər lenti