Image

Brent neftinin qiyməti 109 dolları ötüb

Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,5%-dən çox artaraq bir barel üçün 109 dolları ötüb.

Hərracların nəticələrinə görə, Bakı vaxtı ilə saat 21:19-da Brent markalı neftin qiyməti 3,38% artaraq 109,25 dollar olub.

Saat 21:26-da isə qiymət artımı sürətlənib və Brent 3,51% bahalaşaraq 109,39 dollara yüksəlib.

Eyni zamanda, WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 5,29% artaraq bir barel üçün 106,75 dollara çatıb.

Mənbə: anews.az

Xəbər lenti