Image

Tramp: İranla müharibə tezliklə başa çatacaq

 

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını bildirib.

Tramp İranın danışıqlara hazır olduğunu, lakin hələ razılaşma əldə etməyə hazır olmadığını deyib.

“Zəng edib deyirlər ki, ‘Biz razılaşmaq istəyirik’. Hələ hazır deyillər. İstədiyimiz vaxt razılaşma əldə edə bilərik”, - Tramp bildirib.

ABŞ prezidenti İranın müharibəni davam etdirə bilməyəcəyini söyləyib və ölkənin infrastrukturunun “məhv edildiyini” iddia edib.

Tramp benzin qiymətlərinin artımına da toxunaraq, hazırkı qiymətin, onun sözlərinə görə, əldə edilən nəticə ilə müqayisədə “çox kiçik bir qiymət” olduğunu qeyd edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti