Image

Azərbaycanda ÜDM 8 ayda 1,2% artıb

2026-cı ilin yanvar-avqustunda Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

 Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,8% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,1% artıb.

ÜDM istehsalının 34,6%-i sənayenin, 10,8%-i ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,6%-i nəqliyyat və anbar təsərrüfatının, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 5,1%-i tikintinin payına düşüb.

Turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı 3%, informasiya və rabitənin payı 2%, digər sahələrin payı isə 20,7% təşkil edib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10%-ni formalaşdırıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti