Image

Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək

Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Ukraynaya səfər edəcək.Bu barədə Fitso "Facebook" hesabında paylaşdığı videomüraciətdə bildirib.

"Ümid edirəm ki, sabah gecə Ukraynadan qayıdarkən indiki kimi skeptik olmayacağam", - o deyib.

Fitsonun sözlərinə görə, səfər bir neçə saat davam edəcək və o, şənbəyə keçən gecə Slovakiyaya qayıdacaq.

Səfər zamanı Fitsonun Polşanın Baş naziri Donald Tuskla görüşməsi gözlənilir. Tusk da sentyabrın 18-də Ukraynaya səfər edəcəyini və burada Rusiya əleyhinə sanksiyaları müzakirə edəcəyini bildirib.

Slovakiya hökuməti sentyabr ayında Avropa Şurası çərçivəsində hazırlanmış və 30-dan çox ölkənin imzaladığı Ukrayna üzrə beynəlxalq kompensasiya komissiyasının yaradılması haqqında konvensiyaya qoşulmaq qərarını təsdiqləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl sentyabrın 18-20-də İvano-Frankivsk vilayətində "Karpat İnteqrasiya Təşəbbüsü" sammitinin keçiriləcəyini açıqlayıb. Tədbirdə Karpat regionunun müxtəlif ölkələrindən biznes nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Mənbə: anews.az

Xəbər lenti