Image

Azərbaycanda kompüter və elektron məhsulların istehsalı 34,8% azalıb

   

2026-cı ilin yanvar-avqustunda Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 34,8% azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatında qeyd olunub. 

Bu sahələrdə ümumilikdə 203,8 milyon manatlıq məhsul istehsal olunub.

Hesabat dövründə kompüter, elektron və optik məhsulların istehsalı ilə yanaşı, noutbuk istehsalı da 23,8% azalıb.

Elektrik avadanlıqlarının istehsalı isə 5,4% artıb. Bu sahədə elektrik tənzimləyici cihazların istehsalı 27,6% yüksəlib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti