Image

Qırğızıstan Prezidenti ABŞ-yə səfər edib

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-yə işgüzar səfər edib.Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Japarovu Yuta ştatının Solt-Leyk-Siti şəhərindəki hava limanında ştat Senatının prezidenti Stüart Adams qarşılayıb.

Səfər çərçivəsində Qırğızıstan Prezidenti Yuta ştatının rəhbərliyi ilə görüşlər keçirəcək və turizm, eləcə də dağlıq ərazilərin dayanıqlı inkişafı sahələrində ABŞ-nin təcrübəsi ilə tanış olacaq.

Daha sonra Sadır Japarov Nyu-Yorka gedəcək. O, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri çərçivəsində keçirilən yüksək səviyyəli həftənin tədbirlərində iştirak edəcək.

Japarovun Nyu-Yorkda dövlət başçıları və ABŞ-nin iri şirkətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti