Image

Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib

Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

***

Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində işlər davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti