Image

Bilgəhdə dənizdə batan iki gəncin meyiti tapılıb

 

Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə batan 2008-ci il təvəllüdlü iki gəncin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Əlizadə Əlipaşa Natiq oğlu və Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə sentyabrın 19-da Bilgəh qəsəbəsində dənizin nəzarətsiz ərazisində baş verib.

Mənbə: anews.az

Xəbər lenti