Image

Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək

   

Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı ictimai dinləmə keçirilməsi planlaşdırılır. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

 

Onun sözlərinə görə, dinləmənin keçirilməsi həm vətəndaşların tullantıların idarə olunması ilə bağlı narazılıqları, həm də iri müəssisələrin fəaliyyəti ilə əlaqədardır.

 

“Deputatların aktual məsələsi olduğu üçün bu dinləməni keçirməyi planlaşdırırıq”, - deyə Qurbanov qeyd edib.

 

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti