Image

Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.

Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.

Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

 

***

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.

Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının II qrupunda Litva ilə səfərdə qarşılaşacaq.

Kaunas şəhərindəki “Darius və Girenas” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Görüşü Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək.

Litva millisi qrupdakı ilk oyununda səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu