Image

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib.

"Report"un məlumatına görə hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​

Sürücü Pərviz Hüseynovun idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil ötmə əməliyyatı zamanı "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes" idarəetmədən çıxaraq aşıb.

​Hadisə zamanı "Mercedes"in sürücüsü İsmayıl Bayramov və avtomaşında olan sərnişinlər müxtəlif xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu