Image

İmişli Şəkər Zavodunda yanğın olub

İmişli Şəkər Zavodunun ərazisindəki anbarlardan birində yanğın baş verib.

"Report"un məlumatına görə, yanğının söndürülməsinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Həmçinin Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

TƏBİB-dən bildirilib ki, hadisə ilə bağlı xəstəxanaya müraciət edən olmayıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu