Rassellin Bakıdakı qələbəsi "Formula-1" tarixində ən yaxın finişlərdən biridir
"Mercedes"in britaniyalı pilotu Corc Rassellin "Formula-1"in cari mövsümünün 15-ci mərhələsi - Bakıdakı Azərbaycan Qran-prisindəki qələbəsi yarışlar tarixində ən yaxın finişlərin top-10-luğuna daxil edilib.Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rassell ikinci yerdə finişə çatan niderlandlı Maks Ferstappeni ("Red Bull") 0,196 saniyə üstünlüklə üstələyib ki, bu da çempionatda 2002-ci ildən bəri ən sıx finiş olub.
Rassellin Bakıdakı qələbəsi "Formula-1" tarixində ən yaxın finişlərin siyahısında onuncu yeri tutub.
Bu reytinqdə doqquzuncu yerdə 2002-ci ilin Avstriya Qran-prisidir. Qalib gələn Mixael Şumaxer ikinci yeri tutan Rubens Barrikellonu 0,182 saniyə qabaqlayıb.
Rekord 1971-ci ildə İtaliya Qran-prisində müəyyən edilib. O zaman Piter Qetin Ronni Petersondan 0,010 saniyə tez çatıb.
Mənbə: anews.az