Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım
Türkiyə Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsində həlak olan azərbaycanlıların xatirəsini yad edib.Bu barədə Türkiyə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“27 Sentyabr – Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq”, – paylaşımda bildirilib.
Nazirlik Türkiyənin “Bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycanın yanında olmağa davam edəcəyini qeyd edib.
Mənbə: anews.az