Paşinyan: Ermənistanda demokratiyanın keyfiyyətindən narazıyıq
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə demokratiyanın keyfiyyətindən narazı olduğunu bəyan edib. BAKU.WS report-a istinadən xəbər verir ki, o, bunu “Demokratiya uğrunda Ermənistan forumu”nda çıxışı zamanı deyib. “Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilməyib”, - o bildirib. Baş nazir qeyd edib ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır: “Bizim üçün demokratiya strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”. BAKU.WSMənbə: baku.ws