Image

Ruud van Nistelroy yenidən "Mançester Yunayted"də

Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən “Mançester Yunayted” bu yaxınlarda hollandiyalı baş məşqçi Erik ten Haqla yeni müqavilə imzalayıb.

BAKU.WS xarici mətbuatına istinadən xəbər verir ki, komandanın əfsanəvi oyunçularından biri, futboldan ayrıldıqdan sonra məşqçiliyə başlayan keçmiş hollandiyalı ulduz Ruud van Nistelroy baş məşqçinin köməkçisi təyin edilib.

48 yaşlı çalışdırıcı bu gün “Mançester Yunayted”in düşərgəsinə gəlib. Ruud van Nistelroydan başqa, Hollandiya komandalarından olan “Go Ahead Eagles”da məşqçi kimi çalışan Rene Hake də komandaya qoşulacaq.

BAKU.WS

Xəbər lenti