Image

İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib

İraqın Maysan əyalətində yerləşən "Əl-Zəhraa" qızlar məktəbinin 61 şagirdi boğulma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.Bu barədə INA agentliyi əyalətin Səhiyyə Departamentinə istinadən məlumat yayıb.

Bildirilib ki, məktəbdə şagirdlər arasında 61 boğulma halı qeydə alınıb. Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.

Bütün zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, bir həftə əvvəl həmin məktəbdə oxşar hadisə baş verib. Həmin vaxt boğulma əlamətləri ilə 84 şagird tibbi yardım üçün müraciət edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Sumqayıtda avtomobil yanıb