Natiq Şirinovun üçüncü nəvəsi oldu
Xalq artisti Natiq Şirinovun üçüncü nəvəsi dünyaya gəlib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, nağara ifaçısının qızı Sevilin oğlu doğulub. Körpəyə Said adı qoyulub.
"Canım atam, nəfəsim. Ad günün mübarək! Nə yaxşı ki, sənin qızınam. Nə yaxşı ki, Saidimin babası sənsən. Çox şanslıyıq" deyə, Sevil bu barədə yazıb.
Qeyd edək ki, N.Şirinovun 3 övladı və daha 2 nəvəsi var. Sevil Türkiyə vətəndaşı ilə ailə qurub və orada yaşayır.
Bu gün Natiq Şirinovun 51 yaşı tamam olur.

Mənbə: baku.ws