Image

İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib

İraq ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən İran milli futbol komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib.

Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

İranın Bəsrədəki konsulluğunun nümayəndəsinin sözlərinə görə, təyyarə geri qayıdaraq Abadan hava limanına enib. Bundan sonra komanda quru yolu ilə Bəsrəyə yollanacaq.

İran millisi Bəsrədə keçiriləcək dördtərəfli turnirdə iştirak etmək üçün İraqa səfər edib. Yarışda ev sahibi İraqla yanaşı, İran, Livan və Fələstin yığmaları da mübarizə aparacaq.

İraq Mülki Aviasiya İdarəsinin nümayəndəsi bildirib ki, ölkə ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları pozmaq riski ilə üzləşmək istəməyib.

Qeyd edək ki, sentyabrda ABŞ İran aviaşirkətlərinə xidmət göstərən hava limanlarına və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq etdikdən sonra İraq İran aviaşirkətlərinin Bağdad hava limanına uçuşlarının dayandırılması barədə göstəriş verib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu