Image

Aktyor Aslan Fətullayev vəfat edib

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, aktyor Aslan Fətullayev Moskvada vəfat edib.Bu barədə "Oxu.Az" məlumat yayıb.

Məlumata görə, yaxınları 70 yaşlı aktyorun bir müddət əvvəl Moskvada əməliyyat olunduğunu bildiriblər.

Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, Aslan Fətullayev bağırsaq problemi ilə əlaqədar müayinədən keçmək üçün Moskvaya yollanıb. O, bu gün səhər saatlarında vəfat edib.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Sumqayıtda avtomobil yanıb