Image

Hidayət Heydərov: "Anam gəlib oyandırırdı" - VİDEO

Azərbaycan Cüdo Federasiyası, Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideri olan Hidayət Heydərov (73 kq) barədə maraqlı sujet hazırlayıb.

BAKU.WS Federasiyaya istinadən xəbər verir ki, cüdoçumuz bu işdə ona valideynlərinin dəstəyini xüsusi vurğulayıb.

"Bizim məşq səhər saat 8-də başlayırdı. Zəngli saat çalırdı oyanmırdım. Anam gəlib oyandırırdı. Həmişə su qabımı anam boşaldırdı", - deyə H. Heydərov bildirib.

Cüdoçumuzun anası Zümrüd Heydərova isə bildirib ki, əvvəllər oğlunun idman geyimlərini yuyub, qurulamaq daha çətin idi:

"O vaxt yumaq çətin idi, əlimizlə yuyurduq. Qış aylarında lap çətin olurdu. Evdə elə də çox istilik olmurdu. Geyimlər yuyulub, qurudulub çatdırılmalı idi".

Daha ətraflı süjetdə:

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb