Image

Makrondan Fransa yığmasının AVRO-2024-ü tərk etməsinə reaksiya

Fransa prezidenti Emmanuel Makron ölkəsinin AVRO-2024-ün yarımfinalında İspaniyaya uduzmasından sonra X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

BAKU.WS xəbər verir ki, Makron bunları yazıb:

"Bu oyunçular bizi Avro-2024-ün yarımfinalına çıxardılar və bizi son saniyəyə qədər həyəcan içində saxladılar. Təşəkkür edirəm, "Blues". İspan dostlarımızı təbrik edirik".

Görüş 2:1 hesabı ilə başa çatıb. Matçın 9-cu dəqiqəsində fransalı Randal Kolo Muani hesabı açıb. 11 dəqiqə sonra Lamin Yamal hesabı bərabərləşdirib, 4 dəqiqə sonra Dani Olmo İspaniyanı hesabda irəli çıxarıb.

İkinci yarımfinalda İngiltərə və Hollandiya milliləri qarşılaşacaq. Qarşılaşma iyulun 10-da baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq. Hazırkı Avropa çempionu bu Avropa çempionatında İsveçrə ilə 1/8 finalda mübarizədən kənarlaşdırılan İtaliyadır.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb