Image

Xırdalanda güclü yanğın olub - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə FHN Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onbeşmərtəbəli yaşayış binasının 9 və 10-cu mərtəbələrarası şaxtadan keçən naqillər 3 p.m. yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

***20:20

Xırdalan şəhərində yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, hadisə “Kristal 2” yaşayış kompleksi, bina 4-də, qeydə alınıb. Yanğın binanın 13-cü mərtəbəsində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Yanğının hansı səbəblərdən baş verdiyi araşdırılır.

Cavid Babayev BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb