AVRO-2024: Niderland - İngiltərə matçında hesab açılıb - YENİLƏNİB
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.
Dortmunddakı “Siqnal İduna Park"da "narıncılar" hesabda önə keçib.
7-ci dəqiqədə Xavi Simons dəqiq zərbə müəllifi olub.
***23:07
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.
Qarşılaşma Dortmunddakı “Siqnal İduna Park"da keçirilir.
Görüşü almaniyalı referi Feliks Şvayer idarə edir.
BAKU.WS