Bellinqem: "Biz bunu yenə bacardıq"
İngiltərə yığmasının futbolçusu Cud Bellinqem komandasının nəyin hesabına Avro-2024-ün finalına vəsiqə qazandığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında bu nailiyyəti komanda şəklində bacardıqlarını bildirib: "Biz bunu yenə bacardıq. Bu anlar fantastikdir. Bu bizi bir komanda və ailə kimi birləşdirir".
Qeyd edək ki, İngiltərə millisi yarımfinal matçında Niderlandı 90+1-ci dəqiqədə Olli Uotkinsin qolu 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. 14 iyulda keçiriləcək finalda ingilislər İspaniya kollektivi ilə üz-üzə gələcəklər.
BAKU.WS