Bakıda dəhşətli QƏZA - 2 sürücü ağır xəsarət aldı - VİDEO
Gecə saatlarında Binə qəsəbəsində avtomobil qəzası baş verib.
Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, hadisə qəsəbənin “Savxoz yolu” adlanan ərazidə qeydə alınıb. Qəza zamanı 2 maşın bir-birinə çırpılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində ölən olmayıb, lakin hər iki sürücü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Qızanın baş verdiyi yerdən görüntüləri təqdim edirik:
BAKU.WS