"Kapital Bank" II rübün maliyyə nəticələrini ELAN ETDİ
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 iyul 2024-cü il tarixinə 9.98 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.78 milyard manat olub.
1 iyul 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 7.6 milyard manat təşkil edib. Bankın 1 iyul 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 913 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 123.9 milyon manat olub.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — //kbl.az/prcrc.