Səhnədən şəhid ailələrinə təşəkkür etdi-VİDEO
Miri Yusifin bu addımını tamaşaçılar ayaqüstə alqışladı.
Gundem.az xəbər verir ki, Xalq artisti Miri Yusifin konsertinin ikinci günü baş tutub. Konsert zamanı müğənni ard-arda sevilən mahnılarını səsləndirib. O tamaşıçılarla söhbət etməyi də unutmayıb. Qonaqları salamlayan Xalq artisti şəhid ailələrinə konsertdə iştirak etdikləri üçün təşəkkür edib və şəhidlərin ruhu qarşısında baş əyib. Tamaşaçılar da ayağa qalxaraq alqışlarla şəhidlərin ruhuna minnətdarlıqlarını bildiriblər.
//www.instagram.com/reel/C9YC1vlM_l9/?igsh=MWJrdGY2emhvZW1nZg==