Image

Baş nazirin qəbulunda olsam da problem həll olmadı - deputat

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Xətai rayonunda çoxmərtəbəli yaşayış binalarının zirzəmilərinin kanalizasiya suları ilə dolduğunu, həyətlərin abadlaşdırılmasına və küçə itləri üçün sığınacaqların tikilməsinə ehtiyac olduğunu açıqlayıb.

Deputat parlamentdə çıxışı zamanı qeyd edib ki, təmsil etdiyi Xətai rayonunda bu problemlər uzun müddətdir sakinləri narahat edir.

“Küçə itləri baş alıb gedir, sığınacaqlar tikmək lazımdır o küçə itləri üçün. Mən hətta bununla əlaqədar olaraq bir neçə müraciətdən sonra baş nazir Əli Əsədovun qəbulunda oldum. Bu məsələləri onun da diqqətinə çatdırdım. Amma təəssüf ki, bu məqsədlə vəsait ayrılmır və problem ciddi olaraq qalır, insanlarımızı narahat edir”, - Həsənquliyev bildirib.

Deputat hökuməti kommunal və abadlıq problemlərinin həllinə, xüsusilə də küçə itləri üçün sığınacaqların yaradılmasına diqqət yetirməyə çağırıb.

Mənbə: anews.az

Xəbər lenti