Image

Nyu-Yorkda bina çöküb - Ölənlər var

Nyu-York şəhərində üçmərtəbəli yaşayış binası çöküb.

Ən azı iki nəfər ölüb, yeddi uşaq da daxil olmaqla 17 nəfər yaralanıb.

Son məlumatlara görə, zərərçəkənlərdən dördünün vəziyyəti ağır, 12-sinin vəziyyəti isə stabildir.

Hazırda dağıntıların çıxarılması işləri aparılır. Nyu-York Polis Departamentinin sözçüsünün sözlərinə görə, xilasedicilərin dağıntılar altında neçə nəfərin qaldığı barədə tam məlumata malik deyillər.

Mənbə: anews.az

Xəbər lenti

Məzənnə açıqlanıb

Bir evdən iki meyit tapıldı

Zelenski Dublinə gedib